Hacıqabulda ağır yol qəzası
![]()
Hacıqabulda ağır yol qəzası baş verib.
Rubrika.Az APA-ya istinadən xəbər verir ki, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb.
“Tofaş” markalı 10 CC 011 dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir aralığa çırpılıb.
Nəticədə sürücü Lerik sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 3 yaşlı uşağı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş















