16 yaşlı gənc çayda batdı
![]()
Yevlaxda bir nəfər çayda batıb.
Rubrika.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 18 iyun 2018-ci il tarixində Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun batması barədə məlumat daxil olub.
Bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Rubrika.Az
Facebook-da paylaş









