Kosmetoloq Elnarə Rzayevanın ofisi ƏLİNDƏN ALINDI - VİDEO

Son günlər qalmaqallarda adı hallanan kosmetoloq Elnarə Rzayevanın ofisinin əlindən alınması ilə bağlı redaksiyamıza məlumat daxil olub.
Rubrika.Az Xeber.News-a istindaən xəbər verir ki, kosmetoloqun Nəsimi rayonu Hənifə Ələsgərova küçəsi 1-ci qeyri-yaşayış sahəsində yerləşən ofisi əlindən alınıb və onun sözügedən ofisin pəncərələrinə yapışdırılan reklam bannerləri sökülüb.
Daxil olan məlumatda həmçinin o da bildirilir ki, kosmetoloqun sözügedən ofisi hazırda icarəyə verilir.
Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.
Redaksiyamıza daxil olan videofaktı oxucularımıza təqdim edirik:
Rubrika.Az
Facebook-da paylaş












