İcra başçısı keçmiş baş redaktora vəzifə verdi

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bir sıra yeni təyinata imza atıb.Rubrika.az Modern.az-a istinaden məlumatına görə, İcra Hakimiyyətinin Aparatında vəzifəyə təyinat alanlar sırasında keçmiş baş redaktor da var.
Belə ki, icra başçısının müvafiq sərəncamı ilə “Binəqədi” qəzetinin keçmiş baş redaktoru Rüfət Mərdanov Yasamal Rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə müdir təyin olunub.
R.Mərdanova “Binəqədi” qəzetindən öncə Vergilər Nazirliyinin “Vergilər” qəzetində də çalışıb.
Rubrika.az
Facebook-da paylaş















