“Onların heç biri şəhid deyil” - Dini komitə

“Yad dini ideologiyaların təsirinə məruz qalmış, onların apardıqları döyüşlərdə ölmüş, öldürülmüş şəxsləri də bəzən şəhid kimi adlandırırlar. Bu, düzgün deyil”.
Rubrika.az AzVision.az-a istinaden xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən konfransda deyib.
Komitə rəsmisi bildirib ki, həmin şəxslərin heç birinin amalında şəhidlik yoxdur: "Bu məsələdə anlaqlı olmaq lazımdır. Qurani-Kərimdə bu məsələ aydın ifadə olunub. Bizim dünyagörüşü üzdə, Azərbaycançılıq fəlsəfəmizdə vətən uğurunda ölənlər şəhid hesab olunur. Hər bir kəs özünə arzulayar ki, o səviyyəyə çatsın. Qəhrəman kimi dünyasını dəyişmək ən böyük varlıq, nemətdir".
Rubrika.az
Facebook-da paylaş












