Serj Sarkisyanın qardaşı sərbəst buraxılıb

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan sərbəst buraxılıb.
Rubrika.az APA-ya istinaden məlumatına görə, bu barədə “news.am”-a Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.
“Hazırda Aleksandr Sarkisyan polisdə deyil”, deyə A.Aqaronyan bildirib.
Qeyd edək ki, A. Sarkisyanın İrəvanın mərkəzində qanunsuz silah gəzdirmək şübhəsi ilə saxlanıldığı bildirilirdi.
Rubrika.az
Facebook-da paylaş













