Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var

Tovuzda ağır yol qəzası baş verib.
Rubrika.az APA-nın qərb bürosu-na istinaden verdiyi məlumata görə, rayonun Şamlıq kəndində “Niva” markalı avtomobil aşıb.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Qəzanın təfərrüatları müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş













