Erməni müğənni Bakıda konsert verəcək
![]()
26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalına erməni əsilli müğənni Zara Mgoyan da qatılacaq.
Erməni müğənni festivalın son günü – iyulun 29-da səhnəyə çıxacaq.
Rusiyanın əməkdar artisti olan Zara Paşa qızı Mgoyan 1983-cü ildə Sankt-Peterburqda anadan olub. Əsl adı Zərifə olan Zaranın bir tərəfi yezidi kürdü, bir tərəfi isə ermənidir. Onun ailəsi Ermənistanın Gümrü bölgəsindəndir.![]()
Onu da bildirək ki, Zara Mgoyan “Mənim Ermənistanım” mahnısı ilə də tanınır.
Qeyd edək ki, “Jara-2018” musiqi festivalının təşkilatçıları Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Yenicag.az
Rubrika.az
Facebook-da paylaş









