Aeroport yolunda qəza: 5 maşın bir-birinə çırpıldı - VİDEO

Bu gün aeroport yolunda, "Buta Palas" yaxınlığında zəncirvari qəza baş verib.
Rubrika.az axar.az-a istinadən bildirir ki, qəza "London taksisi"nin qarşıdakı maşına çırpılması ilə törədilib. Nəticədə 5 maşına ciddi ziyan dəyib.
Hadisə böyük tıxaca səbəb olub. Olay yerinə gələn polis əməkdaşları tıxacı aradan qaldırıb və araşdırmalara başlayıb.
Rubrika.az
Facebook-da paylaş










