ABŞ mətbuatı: “Dağlıq Qarabağda yaşayanlar aclıq içindədir”

ABŞ-ın populyar "Daily Caller" portalı Raul Kontrerasın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsini dərc edib
Rubrika.Az pia.az-a istinadla bildirir ki, yazıda Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yerləşən Tərtər rayonunun Qapanlı kəndi və ermənilərin kənd sakinlərinə yaratdığı çətinliklər barədə məlumat verilib.
"Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı hərbi yolla işğal edib. Eyni zamanda həm Ermənistanın özündə, həm də Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında etnik təmizləmə aparıblar. Bundan sonra onlar orada 25 il ərzində heç kim tərəfindən tanınmayan "Dağlıq Qarabağ Respublikası" yaradıblar. ATƏT-in himayəsi altında 25 ildir yaradılan atəşkəs rejiminə baxmayaraq, ermənilər Rusiya silahlarının vasitəsilə Azərbaycan ərazilərini atəşə tutmağa davam edirlər", - müəllif qeyd edib.
Rubrika.Az
Facebook-da paylaş










