Tovuz sakinini cərəyan vuraraq öldürüb
![]()
Tovuz rayonunda 37 yaşlı kişini cərəyan vurub.
Rubrika.Az-ın məlumatına görə, rayon sakini, 1983-cü il təvəllüdlü Nəsimi Sadıqovu ehtiyatsızlıqdan elektirik cərəyanı vurub.
O, yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin tibbi müayinəsindən sonra onun öldüyü məlum olub.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Rubrika.Az
Facebook-da paylaş









