KİV: Elmar Vəliyev Gəncəyə qayıdır

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev cərrahi əməliyyatı uğurla keçirib və hazirda onun səhhəti normallaşıb. Bu barədə Gəncədəki mənbələrə istinadla modern.az saytı yazıb.
Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, mənbəyə əsasən, Elmar Vəliyev artıq sərbəst şəkildə gəzir və normal qidalanır.
Gözlənildiyinə görə, ən yaxın zamanlarda onu evə yola salacaqlar.
Xatırladaq ki, iyulun 3-də təxminən saat 20:30-da Gəncə İH inzibati binasının qarşısında Elmar Vəliyevə silahlı hücum edilib. Cinayəti törətmiş 35 yaşlı Yunis Səfərov saxlanılıb və hadisə yerində polis əməkdaşları tərəfindən tərksilah edilib.
Rubrika.Az
Facebook-da paylaş














