“Qarabağ” – “Vilyarreal” oyununun favoriti açıqlanıb

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya) oyununun əmsalları açıqlanıb.
Bukmeker kontorları Türkiyənin İstanbul şəhərində keçiriləcək qarşılaşmada qonaqları favoriti sayırlar.
Bu gün “Başakşəhər” Fatih Terim stadionunda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 5,75, məğlubiyyəti 1,65 əmsaldır. Qarşılaşmada heç-heçəyə 4,28 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:55-da başlayacaq.(Apasport.az)
Rubrika.Az
Facebook-da paylaş







