Ermənistanda əsgər payları mağazada satılır - FOTO
![]()
Ermənistanda mağazalarda “Əsgər payı” markalı konservləri almaq mümkündür.
Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, bununla bağlı Ermənistan KİV ölkənin yeyinti məhsullarının təhlükəsizliyi dövlət xidmətinə istinadla məlumat yayıb.
Əsgər paylarının azad satışı dövlət yoxlanışının nəticəsində aşkar olunub. Üzərində “Əsgər payı: satılmır” yazılan qablara “Qaynadılmış mal əti” etiketi yapışdırılıb.
Konservin istehsalçısı olan “H.A.N.S.-FOOD LLC” şirkəti bəyan edib ki, əsgər payları satışda anlaşılmazlıq səbəbindən peyda olub: guya şirkət əməkdaşları sifarişləri səhv salıb.![]()
![]()
![]()
Rubrika.az
Facebook-da paylaş









