Bakıda sərnişin avtobusu “Mercedes”i sürüdü
![]()
Bakıda sərnişin avtobusu ağır qəzaya səbəb olub.
Rubrika.az BakuPost-a istinadən xəbər verir ki, hadisə kənd Binəqədidə, dördyol adlanan ərazidə baş verib. 10 TG 828 dövlət nömrə nişanlı, 108-B marşrut xəttiylə hərəkət edən avtobus qırmızı işıqda keçib. O Binəqədidən Novxanı istiqamətində hərəkət edən "Mercedes” markalı maşına sağ tərəfdən çırpılıb və maşını yerində fırladıb. Avtobus özü isə yolun kənarındakı maneəyə çırpılaraq dayanıb. Hadisə nəticəsində 1 nəfər yaralanıb.
Rubrika.az
Facebook-da paylaş






