Yol çökdü, avtomobillər torpağın altında qaldı – VİDEO
![]()
İstanbulda Ümraniyə qəsəbəsində torpaq sürüşməsi baş verib.
Rubrika.az türk mətbuatına istinadən xəbər verir ki, tikinti işləri aparılan ərazinin hasarı və asfaltın bir hissəsi uçub.
Nəticədə divarın yaxınlığında park edilən 2 minik avtomobil və 1 yük maşını çuxura düşüb.
Çuxurun dərinliyinin 20 metr olduğu bildirilib.
Hadisə yerinə polis, xilasedici və təcili tibbi yardım heyəti gəlib.
[media=https://yenicag.az/videos/yol-cokdu-avtomobiller-torpagin-altinda-qaldi-foto-video/]
Rubrika.az
Facebook-da paylaş










