Xanəndəni həmkarı öldürüb, özü isə intihar edib

Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub.
Rubrika.Az-ın "Report"a istiandən məlumatına görə, N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş










