Neftçalada piyadanı maşın vurub öldürdü

Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.az xeber verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 8-də saat 16 radələrində Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində Salyan rayon sakini Rizvan Fərəcov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Kürkənd kənd sakini Pirverdi Xanməmmədovu vurub.
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş













