Lənkəranda bir nəfər dənizdə batdı
![]()
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 400 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olmuşdur.
Rubrika.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1959-cu il təvəllüdlü Ağayev Mirnazim Mirhəsən oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.
Əməliyyat başa çatmışdır.
Rubrika.az
Facebook-da paylaş
















