Novxanı çimərliyində bir nəfər dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı çimərliyində 1 nəfərin batması barədə məlumat daxil olub.
Rubrika.az-in FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Rubrika.az
Facebook-da paylaş















