Rəfiqəsi amerikalı qızı körpüdən itələdi - VİDEO
![]()
ABŞ-da gənc qız 16 yaşlı rəfiqəsini 18 metr hündürlükdəki körpüdən aşağı itələyib.
Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, bununla bağlı “Daily Mail” məlumat yayıb.
Məlumatlara görə, bununla qız rəfiqəsinin hündürlük qorxusunu dəf edəcəyini düşünüb. Ancaq nəticə fərqli olub: yeniyetmə qız çoxsaylı sınıqlarla xəstəxanaya yerləşdirilib.
Sosial şəbəkədə qızın bu hərəkəti tənqid edilib və bildirilib ki, o, cəzalandırılmalıdır.
Rubrika.az
Facebook-da paylaş













