Bakıda çimərlik yaxınlığında naməlum kişi meyiti tapılıb

Bakıda naməlum kişi meyiti aşkarlanıb.
Rubrika.az Trend-e istinaden məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində baş verib.
Avqustun 8-də saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağlar yaşayış sahəsində, dənizin sahilində naməlum kişi meyiti aşkar edilib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş










