Gəncədə körpə doğuş zamanı ölüb

Gəncə şəhərində körpə doğuş zamanı ölüb.
Rubrika.Az-ın "Report"a istinadən məlumatına görə, hadisə Gəncə şəhərində yerləşən özəl klinikalardan birində baş verib.
Gəncə şəhər sakini,1994-cü il təvəllüdlü Mahirə Mahir qızı Qarayevanın dünyaya gətirdiyi körpə doğuş zamanı ölüb. Körpənin ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












