Sürücülərin diqqətinə: Bakıda daha bir yolda geridönmə - Foto

Bakıda nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Xətai prospekti ilə Fəzail Bayramov küçəsinin kəsişməsində yolötürücüsünün altında geridönmə təşkil edilib.
Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, bununla da şəhərin mərkəzindən Şah İsmayıl Xətai prospekti ilə gələn nəqliyyat vasitələrinin, o cümlədən, 11 və 199 nömrəli müntəzəm marşrut xətt avtobuslarının Əhməd bəy Ağaoğlu küçəsinə rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilib.![]()
Rubrika.az
Facebook-da paylaş









