Ötən ay evlənmək istəyən 17 nəfərdə QİÇS aşkarlanıb

Bu ilin iyun ayında nikaha daxil olmaq istəyən 15565 nəfər tibbi müayinədən keçib.
Bu barədə a Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.
Onun sözlərinə görə, ötən ay müayinədən keçən şəxslərdən 530 nəfərində talassemiya daşıyıcılığı, 50 nəfərdə sifilis, 17 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 10 olub.
Direktor bildirib ki, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən bu günə qədər tibbi müayinədən keçmiş 446233 nəfərdən 16527-də talassemiya daşıyıcılığı, 1529 nəfərdə sifilis, 368 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 169 olub.
Rubrika.Az
Facebook-da paylaş














