Bakıda marşrutda biabırçı dava - Bakı Nəqliyyat Agentliyi susur - VİDEO
![]()
Avtobusda bir nəfər oğlanla mübahisə edən qadın daha sonra nalayiq ifadələr işlətməyə başlayır. Qadının nalayiq ifadələrinə etiraz edən sərnişinlər onun danışığına diqqət etməsini tələb edirlər. Ancaq bu anda qadın daha da aqqressivləşir və digər sərnişinlərlə də mübahisə etməyə başlayır.
Rubrika.Az Milli.Az-a istinadla bildirir ki, aqressiv qadın digər qadın sərnişini bıçaqlamaqla hədələyir.
Hətta yaşlı qadın sərnişin avtobusu tərk etdikdən sonra da görüntülərdə olan bu qadın vulqar sözlərdən istifadə etməyə davam edir.
Onu da qeyd edək ki, bu ictimai nəqliyyatda rast gəlinən ilk belə hal deyil. Buna bənzərhadisələr dəfələrlə yaşanıb.
Mövzunun aktuallığını nəzərə alaraq ictimai nəqliyyatda nəzakət qaydalarının təbliği haqda Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Ancaq Agentlik nədənsə məsələ ilə bağlı açıqlama verməkdən imtina etdi. /xezerxeber.az
Rubrika.Az
Facebook-da paylaş














