Sabirabadda avtomobil atı vurub, sürücü və çapar xəsarət alıb- FOTO

Sabirabad rayonunda avtomobil atı vurub.
Rubrika.az “Report”un Mil-Muğan bürosu-na istinaden məlumatına görə, qəza bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonunun Qaragüney kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Rusiya qeydiyyatında olan “Hyundai” markalı Р 640 УН 72 dövlət nömrə nişanlı mikroavtobus atı vurub. Nəticədə atın üstündə olan Qaragüney kənd sakini, 2001-ci il təvəllüdlü Mirzağa Əbülfət oğlu İsrafilov xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yüngül xəsarət alan Rusiya vətəndaşı olan sürücüyə hadisə yerində yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.![]()
Rubrika.az
Facebook-da paylaş












