Türkiyənin boykot etdiyi "Ayfon” a Azərbaycanda maraq varmı?- VİDEOSORĞU

VİDEOREPORTAJ Türkiyə-ABŞ münasibətlərində gərinlik davam edir. ABŞ-ın Türkiyəyə qarşı açdığı iqtsadi savaş bütün dünyanın diqqət mərkəzindədir.
Rubrika.az Musavat.com-a istinaden xeber verir ki, Ekspertlərin fikrincə türk lirəsinin dollar qarşısında dəyər itirməsi ölkə iqtisadiyyatını olduqca ciddi təhlükə altında qoya bilər. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan ölkə iqtisadiyyatını ayaqda saxlamaq və daxili istehsalın gücləndirilməsi üçün yerli şirkətlərə müraciətlər edib.
O, xalqı Amerikanın istehsal etdiyi telefon və elektrotexnika mallarını almamağa səsləyib. Üstünlüyü yerli məhsullara verməklə bağlı çağırış edib.
Rəcəb Tayyib Ərdoğan həmçinin, Amerikanın bu siyasətinə cavab olaraq ölkədə Amerika istehsalı olan elektrotexnika və mobil telefonları baykot edib. O, bildirib ki, iqtisadi müstəqilliyimizi bir-birimizə bağlanaraq qoruyacağıq: SİTAT: “Anbarlara kilid vurmağın mənası yoxdur. İstehsal, istehsal, istehsal. Amerikanın elektron məhsullarına boykot tətbiq edəcəyik. Onların “Ayfon”u varsa, digər tərəfdə “Samsung” var. Öz ölkəmizin “Venus”u var. Xaricə hazırlatdığımız hər işin ən gözəlini istehsal edəcəyik. Pis qonşu bizi ev sahibi etdi.
Bu dəfə də qazanacağıq. Rəbbimizin yardımı yaxındır. “Gözlə, gör” anlayışı ilə istehsalı saxlayıb, investisiyaları gözlətsək, pulumuzu xarici valyutaya yönləndirsək, təslim olarıq. Sən türksən, türk lirəsi ilə yoluna davam edəcəksən”, – deyə o bildirib.
Ərdoğanın "Ayfon"u boykot etməsinin ardından Türkiyə vətəndaşları Amerika istehsalı olan mobil telefonlarını sındıraraq, ölkə başçısına dəstək nümayiş etdiriblər və həmin görüntləri sosial şəbəkələrdə yayıblar. Artıq bu bir aksiya halına alıb. Hətta, Amerika məhsullarının satışı bir çox yerlərdə dayandırılıb.
Türkiyədə Amerika istehsalı olan məhsulların baykot edilməsi geniş müzakirələrə səbəb olub. Türkiyə vətəndaşları dünya brendi olan "ayfon” dan bir neçə gün içərisində imtina etdilər. Ən çox satılan bu markanın satışının dayandırılacağı xəbərləri də dolaşır.
Bəs görəsən, Amerika isthehsalı olan "Ayfon" markalı telefonlara ölkəmizdə maraq və tələbat varmı? Vətəndaşlar hansı markalı telefonlara daha çox üstünlük verirlər? "Ayfon"ların qiymət və keyfiyyət göstəriciləri digərləri ilə müqayisədə nə dərəcədə sərfəlidir? Olduqca baha qiymətə satılan “AYFON” telefonları hansı markadan olan telefonlar əvəz edə bilər?
Bunu araşdırmaq üçün “28 may” metrostansiyası ətrafında fəaliyyət göstərən telefon satışı mağazalarına da baş çəkib, vətəndaşların hansı telefonlara daha çox üstünlük verdiklərini öyrəndik.
Telefon ustası Mehdi İsmayılov Türkiyədə “Ayfon” markalı telefonların boykot edilməsini doğru hesab edir. Alıcıların bu markalı telefonlara 2 min manat xərcləmələrini anlaya bilmədiyini deyir: O, bildirir ki, alıcılar daha çox Çin istehsalı olan “XİOMİ” və“MEUZİ”, KOREA istahsalı olan “SAMSUNG “ telefonlarına üstünlük versinlər. Bu telefonlar isə heç də “AYFON”dan geri qalmır. AYFON”la nisbətdə çox ucuz başa gəlir və asan proqram təminatına malikdirlər.
Paytaxt sakinləri arasında sorğudan da belə bəlli oldu ki, onlar daha çox Çin və Koreya istehsalı olan mobil telefonlardan istifadə edirlər. Respondentlər “AYFON” telefonlarının baha olmasını xüsusi keyfiyyətlərinə görə deyil, sadəcə brend olduğuna insanlar arasında dəb halını aldığını dilə gətirdilər.Bu səbəbdən də alıcılar tərəfindən daha çox maraq göstərilir:
Elektrotexnika ustası Nəriman Zeynal Türkiyədə “Ayfon” telefonlarının boykot etməklə həmin şirkətə hər hansı ziyanın dəyəcəyini düşünmür. Türkiyənin yerli istehsalı olan “Vestel” və “Beko” firmalarının məhsulları isə bir o qədər keyfiyyətli olmadığına görə elə əhali tərəfindən də güclü tələbatın olmadığını bildirdi. Onun sözlərinə görə, Amerika istehsalı olan elektrotexnika satışı məhdudlaşarsa insanlar daha çox “Samsung” firmasının məhsullarına maraq göstərəcək. Bu firmanın əsasən mobil telefonlarının satışı artacaq.
Daha ətraflı təqdim etdiyimiz vieoreportajdan izləyə bilərsiniz:
Rubrika.az
Facebook-da paylaş








