Əfqanıstanda daha bir partlayış törədildi

Əfqanıstanın paytaxtı Kabildə tədris müəssisəsi yaxınlığında partlayış törədilib.
Rubrika.az Trend-e istinaden məlumatına görə, hadisə nəticəsində 10 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.
Partlayışı intiharçı terrorçunun törətdiyi bildirilir. Hələlik partlayışla əlaqədar məsuliyyəti üzərinə götürən olmayıb.
Qeyd edək ki, bu, gün ərzində Əfqanıstanda baş vermiş üçüncü partlayışdır. Səhər saatlarında müxtəlif əyalətlərdə baş vermiş partlayışlar 10 nəfərin həyatını aparıb.
Rubrika.az
Facebook-da paylaş











