Bakıda qadınlara qənim kəsilən cibgir ələ keçdi
![]()
Bakının Nərimanov rayonunda qadınlara qənim kəsilən cibgir ələ keçib.
Rubrika.Az bildirir ki, bu barədə DİN-dən bildiriblər.
Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-dan 22-dək olan müddətdə rayon ərazisində üç qadının çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər də eyni cinayətə görə məhkum olunmuş Günel Quliyeva saxlanılıb.
Rubrika.Az
Facebook-da paylaş












