ABŞ Rusiyaya “dirəniş” göstərəcək II donanmanı bərpa etdi
![]()
ABŞ hərbi-dəniz qüvvələrinin II donanmasını bərpa edib.
Rubrika.az Oxu.Az-a istinaden məlumatına görə, ABŞ Hərbi-Dəniz Qüvvələrinin hərbi-dəniz əməliyyatları komandanı admiral Con Riçardson Norfolkda təntənəli açılışda bəyan edib ki, II donanma Rusiyanın dirçəlməsi fonunda hərəkət etməli olacaq:
“Biz dənizdə rəqabət üstünlüklərimizi və dominantlığımızı qoruyub saxlamalıyıq”.
Qeyd edək ki, ABŞ hərbi-dəniz qüvvələrinin II donanması 1950-ci ildə yaradılıb. Məqsəd “soyuq müharibə” dövründə Şimali Atlantikada SSRİ ilə rəqabətdə üstünlük qazanmaq olub.
Rubrika.az
Facebook-da paylaş














