İsrail bombardmanı: 20 min insan... - Şok nəticə
![]()
İsrailin həyata keçirdiyi hücumlardan sonra evlərini itirən 20 min Qəzza sakini hələ də doğma yurdlarına qayıda bilməyib.
Rubrika.Az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Qəzza zolağının mühasirəsi ilə mübarizə komitəsinin sədri Camal Hudari danışıb.
O bildirib ki, hücumlardan sonra təxminən 2 min ev yararsız hala düşüb və bu evlərdə vaxtilə 20 minə yaxın fələstinli yaşayıb:
"Bu evlərin yenidən inşaası üçün 150 milyon dollar lazımdır. Qəzza sakinlərinin məruz qaldığı bu dəhşətin və problemin aradan qaldırılması üçün tez bir zamanda tədbir görmək lazımdır".
Rubrika.Az
Facebook-da paylaş















