Ucarda 4 otaqlı ev külə döndü - VİDEO
![]()
Ucarda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata əsasən, rayonun Bərgüşad kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı ev və içərisindəki əşyalar bütövlükdə yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Rubrika.Az
Facebook-da paylaş









