Bakıda yaşayış binasında yanğın olub

Bakının Nizami rayonunda yeddimərtəbəli yaşayış binasında yanğın olub.
Rubrika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 65 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 kv.m sahədə yanıb.
Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 9 kv.m sahədə və məişət əşyası əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Rubrika.az
Facebook-da paylaş















