Sumqayıtda 17 yaşlı yeniyetmə bıçaqlanıb

Sumqayıt şəhərində 17 yaşlı yeniyetmə bıçaqlanıb.
Rubrika.az "Report"un Sumqayıt-Abşeron bürosu-na istinaden məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayon, ev 35b, mənzil 9 ünvanında qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Bəxtiyar Elnur oğlu Allahverdiyev yaşadığı evdə tanışı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş










