Bərdədə 36 yaşlı kişi bıçaqlanıb

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rubrika.az "Report"un Qarabağ bürosu-na istinaden məlumatına görə, hadisə rayonun Türkmən kəndində qeydə alınıb.
Belə ki, rayon sakini, 1996-ci il təvəllüdlü Fərid Əzizov həmyerlisi 1982-ci il təvəllüdlü Seymur Bayramova bir neçə bıçaq zərbəsi endirib.Yarali ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş











