37 yaşlı Mingəçevir sakini Bakıda bıçaqlandı
![]()
Paytaxtda bıçaqlanma hadisəsi baş verib.
Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Qarayev Aydın Gəray oğlu Xətai rayonu, Sarayevo küçəsi, 13 ünvanınında naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
A.Qarayev koma vəziyyətində olduğundan onun kim tərəfindən bıçaqlanmasını müəyyən etmək hələ mümkün olmayıb.
Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Rubrika.Az
Facebook-da paylaş











