Neftin qiyməti bahalaşır - SƏBƏB
![]()
Dünya birjalarında neftin qiyməti yüksəlməyə başlayıb.
Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, ötən gün 75,90 dollar təşkil edən neftin dəyəri bu gün 77,30 dollar olub.
Ekspertlərin fikrincə, ABŞ-ın İrana qarşı noyabrın 4-də başlayacağı sanksiyalar neftin qiymətini yüksəldir.
Neft Araşdırmalar Mərkəzinin direktoru İlham Şaban bildirir ki, dünya birjalarına təsir edən amil ABŞ faktorudur:
“Dünən ABŞ Enerji Administrasiyası ölkənin həftəlik neft ehtiyatlarına dair ənənəvi hesabatını açıqladı. Analitiklərin proqnozları belə idi ki, ehtiyatlar 0,7 mln. barel azalacaq. Ancaq reallıqda bu göstərici 2.6 mln. barel oldu. Təbii ki, belə bir azalma tempi dünya birjalarına təsirsiz ötüşməyə bilməzdi”.
İ.Şaban qeyd edir ki, hazırda birjalar bunun şok effektini yaşayırlar:
“Əgər İranla bağlı hansısa statistika və ya digər faktorlar bazara təsir etməzsə, sabah qiymətlərdə korrektə (stabilləşmə) ola bilər”.
Rubrika.az
Facebook-da paylaş








