İlham Əliyev və Putin sabah Soçidə görüşəcək
![]()
Rusiya prezidenti Vladimir Putin sabah Soçidə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək. Görüş zamanı bəzi sənədlərin imzalanması gözlənilir.
Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.
“Sentyabrın birində Azərbaycan və Rusiya prezidentlərinin görüşü keçiriləcək. Görüşün sonunda hökumətlərarası və idarələrarası sənədlərin imzalanması gözlənilir”, - məlumatda bildirilib.
Qeyd edilib ki, dövlət başçıları gündəlikdə olan bir sıra mühüm məsələlər, o cümlədən qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri, aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Rubrika.Az
Facebook-da paylaş









