Donetsk separatçılarının lideri Zaxarçenko öldürüldü

Donetskin mərkəzində baş vermiş partlayış nəticəsində tanınmamış “DXR”in başçısı Aleksandr Zaxarçenko həlak olub. O, aldığı yaralardan xəstəxanada ölüb.
Rubrika.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə güc strukturlarından məlumat verilib.
Mənbəyə görə, partlayış Donetskdəki “Separ” restoranında baş verib.
***
Eyni zamanda bildirilir ki, partlayış nəticəsində separatçı rejimin gəlirlər naziri Aleksandr Timofeyev yaralanıb.
Qeyd edək ki, A. Zaxarçenko 2014-cü ilin avqustunda “Donetsk Xalq Respublikası”nın Nazirlər Sovetinin rəhbəri seçilib./Oxu.az/![]()
![]()
Rubrika.az
Facebook-da paylaş









