Kadırovdan tanınmamış respublikaya yardım təklifi
![]()
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov tanınmamış “Donetsk Xalq Respublikası”nın əhalisinə lazımı yardım göstərməyə hazır olduğunu bəyan edib.
Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, Kadırov bunu separatçı rejim rəhbəri Aleksandr Zaxarçenkonun qətli ilə əlaqədar özünün “Telegram” kanalında yazıb:
“Donbas üçün bu ağır gündə bəyan edirəm ki, sizə istənilən dəstək göstərməyə hazırıq”.
Qeyd edək ki, bu gün Donetskdə partlayış nəticəsində tanınmamış "Donetsk Xalq Respublikası"nın rəhbəri Aleksandr Zaxarçenko ölüb. Partlayış kafedə baş verib.
Rubrika.Az
Facebook-da paylaş












