Putin rəsmi Bakı ilə strateji münasibətlər barədə
![]()
Rubrika.Az Oxu.Az-a istnadla bildirir ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı iki ölkə arasında strateji əməkdaşlığının genişləndiyini vurğulayaraq, İlham Əliyevə səfərə görə təşəkkürünü bildirib.
“Qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi çox genişdir. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq. Münasibətlərimiz həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir”, - Putin deyib.
Rusiya lideri qeyd edib ki, keçən il qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 34 faiz, hətta 34 faizdən də çox artıb, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsulların satış həcmi 20 faiz artıb:
“Bu, çox yaxşı göstəricidir. Təbii ki, bizim həmişə danışmağa mövzumuz var. Çox şadam ki, Siz bizim dəvətimizi qəbul edib bu gün Rusiyaya gəlmisiniz. Xoş gəlmisiniz!”
Azərbaycan Prezidenti ikitərəfli iqtisadi münasibətlərin müsbət inkişafına diqqət yetirib.
“Bütün sahələrdə əlaqələrimizin inkişaf səviyyəsindən biz də məmnunuq. Münasibətlərimiz tamdəyərli, çox səmərəli şəkildə inkişaf edir, fəal siyasi dialoq xarakteri daşıyır. Siz əmtəə dövriyyəsinin artmasını qeyd etdiniz.
Bu da ölkələrimizin iqtisadiyyatlarında müsbət meyillərə dəlalət edir. Bu, həm də onu göstərir ki, iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik”, - deyə İlham Əliyev bildirib.
Rubrika.Az
Facebook-da paylaş









