XİN Ermənistanı silahlı qüvvələrinin Qarabağdakı qalıqlarını çıxarmağa çağırdı
![]()
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etməyə çağırıb.
Rubrika.az xəbər verir ki, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
"Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin", - XİN rəsmisi vurğulayıb.
Rubrika.az
Facebook-da paylaş













