Gürcüstanda azərbaycanlı qadın heroinlə tutuldu

Gürcüstanda böyük həcmdə narkotik vasitələrin qanunsuz alınması və saxlanılması ittihamı ilə Azərbaycan vətəndaşı tutulub.
Rubrika.az Oxu.Az-a istinadən verdiyi məlumata görə, 1978-ci il təvəllüdlü S.A. adlı qadın Qardabani rayonunda taksidə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Baxış zamanı onun üzərindən 21,76 qram heroin aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb. Saxlanan şəxsi 8 ildən 20 ilədək həbs gözləyir.
Rubrika.az
Facebook-da paylaş












