Rusiyanın axtardığı dağıstanlı Bakı aeroportunda saxlanıldı

Azərbaycan Sərhəd Xidmətinin əməkdaşları Bakı aeroportunda Rusiya xüsuxi xidmət orqanları tərəfindən beynəlxalq axtarışa verilən 37 yaşlı Mahaçqala sakini Rüstəm Əmirovu saxlayıblar.
Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, xəbəri saxlanılanın qohumuna istinadən “Kavkaz.Realiya” nəşri yayıb.
“İstanbula uçan zaman saxlanılıb. O, terror təşkilatına üzvlük ittihamı ilə İnterpol vasitəsilə axtarışa verilib”, - Əmirovun qohumu deyib.
İş adamı Rüstəm Əmirov 2016-cı ildə Rusiya ərazisini tərk edib, bir müddət Azərbaycanda yaşayıb, 2017-ci ildə isə Ukraynaya köçüb. 2018-ci ilin iyulunda şəxsi firmasının işi ilə əlaqədar Azərbaycana gəlib.
Rubrika.Az
Facebook-da paylaş
















