Şimali Koreyada daşqınlar nəticəsində 76 nəfər ölüb, 800-dən çox bina dağılıb

Koreya Xalq Demokratik Respublikasında (KXDR) leysan yağışlarından sonra baş vermiş daşqınlar nəticəsində 76 nəfər ölüb.
Rubrika.az “Report” a istinaden xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının yaydığı məlumatda bildirilir.
Təbii fəlakət nəticəsində daha 75 nəfərin də itkin düşdüyü bildirilir.
Eyni zamanda 800-dən çox bina dağıldığı qeyd olunub.
Rubrika.az
Facebook-da paylaş












