İlham Əliyevin Putinlə görüşünün maraqlı təfərrüatı açıqlanıb
![]()
Sentyabrın 1-də Rusiya prezidenti Vladimir Putin Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra “Sirius” Təhsil Mərkəzinə gəlib. İki ölkə arasında xeyli razılıqlar əldə olunub. İlham Əliyev danışıqlardan sonra mətbuat konfransında Rusiya silahının tədarükünün xeyrindən və bunun regionda ümumi iqlimə necə təsir edə biləcəyindən danışıb.
Rubrika.az Oxu.Az-a istinaden xəbərinə görə, Rusiyanın “Kommersant” nəşri Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfərinin maraqlı təfərrüatını açıqlayıb.
“Protokola əsasən mətbuat konfransından sonra Vladimir Putin İlham Əliyevi Boçarov Ruçey iqamətgahında yola salmalı idi, özü isə “Sirius”a getməli idi. Lakin bunun əvəzinə prezidentlər yenidən təkbətək söhbətləşmək qərarına gəliblər. Bu hər iki tərəfin nümayəndə heyəti tərəfi üçün gözlənilməz olub. Prezidentlər əlavə bir saaatdan çox danışıblar”, - nəşr yazır.
“Kommersant” qeyd edir ki, bu danışıqlar Putinin Boçarov Ruçeydə digər ölkə başçıları ilə keçirdiyi görüşlərdən çox fərqli olub.
Rubrika.az
Facebook-da paylaş








