Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Rubrika.Az-ın "Report"a istinadən məlumatına görə, qəza zamanı 1966-cı il təvəllüdlü Əsgərov Nəhməd Müzəffər oğlu və 1966-cı il təvəllüdlü Qurbanov Mehman Xankişi oğlu xəsarət alıblar. Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib.
Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












