Qaxda dağlıq ərazidə kişi meyiti tapılıb
![]()
Qaxda mürəkkəb relyefli yüksək dağ massivində kişi meyiti tapılıb.
Rubrika.Az xeber verir ki, bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Qax şəhər sakini Radiq Eldar oğlu Əsgərovun meyiti FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi tərəfindən çətinkeçilən ərazidən çıxarılıb.
Meyit aviasiya dəstəsinin “Mi-17” helikopteri ilə Qax rayon mərkəzinə gətirilərək prokurorluq əməkdaşlarına təhvil verilib.
Bildirilir ki, R.Əsgərov ərazidə yıxılaraq aldığı ağır xəsarətlərdən ölüb.
Rubrika.Az
Facebook-da paylaş











