Paşinyan Köçəryana cavab verdi: “Burda küçə davası getmir, biz siyasi meyitlərlə mübarizə aparırıq”

Ermənistanın baş naziri Nikol Paşinyan Robert Köçəryanın onun haqqında “Paşinyan mənə ilişdiyinə görə peşman olacaq” sözlərinə reaksiya veirb.
Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, bu gün “Şenqavit” tibb mərkəzini yeni korpusunun açılışında iştirak edən Nikol Paşinyanın fikrincə, Köçəryanın sözləri onun siyasi prosesləri hansı səviyyədə başa düşdyünü göstərir: “Bu uduzanın qalibi “buna görə çox peşman olacaqsan” deyə hədələdiyi küçə davası deyil”,- Paşinyan deyib.
Ermənistan baş naziri Köçəryanın “indiki iqtidarın onun simasında təhdid gördüyü” sözlərinə də toxunub: “Məndən “Kommersant” qəzeti də fəaliyyətimlə siyasi faktorları neytrallaşdırmam barədə soruşmuşdu. Mən indi də deyirəm: bu gün Ermənistanda Robert Köçəryan adlı siyasi faktor mövcud deyil. Biz sadəcə siyasi ölülərlə mübarizə aparmalı oluruq. Lakin siyasi meyit olmaq hələ qanun qarşısında məsuliyyətdən qaçmaq anlamına gələ bilməz”.
Rubrika.Az
Facebook-da paylaş










